İyul 16, 2020 13:49 Asia/Baku
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yayıb

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün bu ölkə ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin “X-55” taktiki pilotsuz uçuş aparatının məhv edilməsindən xəbər verib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, bu gün səhər Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycan Respublikasının/ Tovuz sərhəd rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstəriblər. Bu PUA Azərbaycan Respublikası qüvvələrinin sayıqlığı nəticəsində aşkarlanaraq məhv edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozublar.

Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb. 

Onun sözlərinə görə, nəticədə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib:

“Mülki şəxslər arasında xəsarət alan yoxdur”-deyə Dərgahlı qeyd edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Respublikasına məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib. O, Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası tankının vurulduğu barədə yaydığı məlumatıın da yanlış olduğunu bildirib.

Teqlər