İyul 17, 2020 05:19 Asia/Baku

Azərbaycan prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti qarşısında Azərbaycanda həmrəylik mövcuddur

SəhərAzəri sputnik.az-a istinadla xəbər verir, Hacıyev deyib: Qürurverici haldır ki, Azərbaycan cəmiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yekdil fikir, rəy var. Burada yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı həmrəydir". 

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, Qarabağ Azərbaycandır və bütün işğal olunmuş torpaqlar Ermənistanın işğalından azad olunmalıdır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan cəmiyyətində Azərbaycan xalqında yekdil fikir vardır. Təəssüf ki, Ermənistan Azərbaycana qarşı 30 ilə yaxındır ki, təcavüzü və işğalı davam edir. Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar öz real nəticələrini verməyib. Ən vacibi Azərbaycan xalqının mövqeyidir ki, həmin gündə ölkə ictimaiyyəti xalqın, dövlətin, Ali Baş Komandanın rəhbərliyi altında bu məsələdə yekdil olduğunu bir daha nümayiş etdirdi.

 

Teqlər