İyul 20, 2020 03:10 Asia/Baku
  • Tofiq Zülfüqarov ATƏT və AŞPA-ya meydan oxudu

Azərbaycanın sabiq xarici işlər naziri son döyüşlərlə bağlı AŞPA və ATƏT-in Minsk Qrupunun bəyanatlarına ciddi yanaşmamağı tövsiyə edib.

SəhərAzəri xəbər verir, Tofiq Zülfüqarov AŞPA prezidentinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya ünvanladığı məktub və ATƏT Parlament Assambleyasının prezidentinin yaydığı bəyanatı şərh edərkən deyib: "AŞPA Tovuzda baş verən son hadisələrə adekvat olmayan bir yanaşma sərgiləyir. Məsələ ondadır ki, münaqişənin başlandığı andan etibarən istər həmsədrlər olsun, istər AŞPA olsun, eyniməzmunlu bəyanat verməklə kifayətlənib."

Onun sözlərinə görə, Avropa təşkilatlarının bəyanatlarından belə nəticə çıxarmaq lazımdır ki, nə kimsə gəlib Azərbaycan xalqının yerinə torpaqları geri alacaq, nə də onun xeyrinə nəsə edəcək. Bu səbəbdən torpqalar hərbi yolla geri alınmalıdır. 

Teqlər