Şok açıqlama: Azərbaycanın hərbi sirrlərini İsrail rejimi Ermənistana ötürüb
İranlı politoloq Azərbaycanın hərbi sirrlərinin İsrail casusları tərəfindən oğurlanaraq Ermənistana ötürüldüyünü söyləyib.
SəhərAzəri qafqaz.ir-a istinadla xəbər verir, Avrasiya və Rusiya məsələləri üzrə ekspert Şüeyb Bəhmən Azərbaycanla Ermənistan arasında baş vermiş sərhəd gərginliyinin səbəbləri barədə “Borna” İnformasiya Agentliyinə müsahibədə deyib: “Bu qarşıdurmanın əsas səbəbkarı israillilərin Qafqaz regionundakı hərəkətləridir. Demək olar ki, son bir-iki ayda region medialarında israillilərin Azərbaycan Respublikasına aid hərbi məlumatları ermənilərə ötürməsi barədə xəbərlər yayıldı və bunun səbəbi kimi işğal edilmiş Fələstin ərazilərində Ermənistanın səfirlik açmasını sürətləndirmək məqsədi güddükləri göstərildi.”
Şüeyb Bəhmən vurğulayıb ki, Azərbaycan Respublikasına aid hərbi məlumatların ifşa edilməsi və bu arada sionistlərin hərəkəti üzündən Ermənistanın bu məlumatlara sahib olması hazırkı şəraitdə region səviyyəsində bu qarşıdurmanın alovlanmasının səbəbidir. Deməli, belə nəticə almaq olar ki, hazırkı qarşıdurmaya tarixi köklər, ərazi və etnik ixtilaf səbəblərlə yanaşı, sionistlərin region səviyyəsində müdaxilələri də kömək etmişdir və bu məsələ ağır nəticələrə gətirib çıxara bilər.
Ekspert israillilərin iki ölkə arasında tarixi gərginlikdən xəbərdar olduqları halda onların arasında məlumat ötürməkdə məqsədlərinə toxunaraq deyib: “İsraillilər erməni tərəfinə imtiyaz verərək onları işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa sövq etmək istəyirlər."
Onun sözlərinə görə, ermənilər bu ilin mart ayında səfirlik açmaq istəyirdilər, lakin İslam ölkələrinin etirazları bu məsələni faktiki olaraq geri saldı və bu günə kimi öz məqsədlərinə nail ola bilməyiblər. Bu üzdən Sionist rejim ermənilərə belə bir imtiyaz verməklə, onları rəğbətləndirir ki, işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq qərarını tezləşdirsinlər.”