Quterreşdən Qarabağla bağlı Əliyevə: Belə davam edə bilməz...
İyul 22, 2020 22:37 Asia/Baku
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon söhbətində bildirib.
O, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib.
BMT-nin Baş katibi eyni zamanda qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.