Azərbaycan Respublikasında daha 332 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i365078-azərbaycan_respublikasında_daha_332_nəfər_koronavirusa_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 16:35 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 332 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər veriri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 365 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə 667 819 test aparılıb.

Image Caption