AR və Türkiyədə COVID-19 xəstələrinin sayı artıb
İyul 28, 2020 12:21 Asia/Baku
Azərbaycan Respublikasında daha 396 nəfərin koronavirusa yoluxması ilə bu ölkədə həmin virusa yoluxanların sayı otuz min 446 nəfər olubdur.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, koronavirus nəticəsində daha doqquz nəfərin ölümü ilə bu ölkədə həmin virusdan ölənlərin sayı 423, sağalanların sayı isə 22 min 684 nəfərə çatıbdır.
Türkiyənin səhiyyə nazirliyi də bildiribdir ki, ötən sutka ərzində 927 yeni xəstənin aşkar edilməsilə bu ölkədə koronavirusa yoluxanların sayı 226 min 100 nəfərə çatıb.
Ötən suktada daha on yeddi nəfərin ölümü ilə Türkiyədə bu virusdan ölənlərin sayı beş min 613 nəfər olubdur.