Azərbaycan Respublikasında daha 339 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i365316-azərbaycan_respublikasında_daha_339_nəfər_koronavirusa_yoluxub
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər isə bu xəstəlikdən sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 19:32 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 339 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər isə bu xəstəlikdən sağalıb.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycan Respublikasında 31 min 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 min 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib. Aktiv xəstə sayı 5951 nəfərdir.

Ötən müddət ərzində 717 min 164 test aparılıb. Bugünkü test sayı isə 8532-dir.