Avq 02, 2020 10:44 Asia/Baku
  • Tehran-Bakı iqtisadi əlaqələrinin inkişaf yolları araşdırıldı

İran Prezident Administrasiyasının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini iki ölkənin iqtisadiyyat, ticarət və nəqliyyat sahələrindəki əlaqələrinin inkişaf yollarını araşdırıblar.

SəhərAzəri bildirir ki, Mahmud Vaezi və Şahin Mustafayev bir telefon söhbətində koronavirus pandemiyası ilə bağlı hazırkı şəraiti araşdırıb və bu virusla mübarizə üçün birgə səyin önəmini vurğulayıblar.

Vaezi və Mustafayev bu telefon danışığında İran-Azərbaycan ticarət əlaqələrinin koronavirus pandemiyasından öncəki dövrdə olduğu kimi yüksələn templə davam edəcəyindən əmin oldurqlarını bildiriblər.

İran Prezident Administrasiyasının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi yollarını araşdırıb və bu iqtisadi layihənn strateji önəmini vurğulayıblar. Tərəflər habelə bu sahədə atılmış addımlar ətrafında fikir mübadiləsi aparıblar.

İki tərəf həmçinin İran-Azərbaycan Respublikası əlaqələrinin dəmiryolu və şose yolu nəqliyyatları sahələrində genişləndirilməsi xüsusiyyyət təşkil etməklə birgə layihələrin həyata keçirilməsinin iki ölkənin və regionun xeyrinə olduğunu bildiribdir.

Həmçinin bu telefon söhbətində İran və Azərbaycan Respublikası rəsmilərinin təmaslarının iki ölkə başçlılarının göstərişləri əsasında davam etdirilməsi, eləcə də hərtərəfli əlaqələrin genişləndirilməsi üzrə ardıcıl səylərin əhəmiyyəti vurğulanıb.

Teqlər