Qondarma Dağlıq Qarabağ prezidentinin iqamətgahı Şuşa şəhərinə köçürülə bilər
Avq 12, 2020 07:16 Asia/Baku
Bu barədə separatçı rejimin lideri Araik Harutunyan açıqlama verib.
SəhərAzəri armenpress-ə istinadla xəbər verir, onun sözlərinə görə, prezidentin iqamətgahının Xankəndidən Şuşaya köçürülməsi istisna edilmir.
Qondarma rejimin başçısı bu açıqlamanı Qarabağ Milli Məclisində etdiyi çıxışı zamanı verib.
Araik Harutunyan qeyd edib ki, təklif hökumət səviyyəsində müzakirə olunur və 2022-ci ilədək onun icrasına başlanıla bilər.
Xatırladaq ki, Mayın 21-də Azərbaycanın qədim şəhəri Şuşada separatçı rejim başçısının “andiçmə” mərasimi keçirilmiş və Ermənistanın baş naziri Nikol Paşinyan da bu tədbirə qatılmışdı.