Avq 13, 2020 08:25 Asia/Baku
  • Azərbaycan Respublikasında yeni bir neft yatağı inkişaf etdirilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti- SOKAR Xəzər dənizində «Qarabağ» neft yatağının inkişaf etdirilməsi əməliyyatına başlayıb.

 SəhərAzəri xəbər verir, bu münasibətlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə bildirilibdir ki, həmin neft yatağının inkişaf etdirilməsi əməliyyatı "Equinor” adlı Norveç şirkətinin iştirakı ilə həyata keçiriləcək.

Ümumi ehtiyatı 60 milyon ton hesablanmış «Qarabağ» neft yatağının inkişaf etdirilməsi layihəsində 6 neft və 3 qaz yatağının qazıntısı planlaşdırılıb.

Əliyev bu mərasimdə deyibdir i, 2022-ci ilin sonlarında həmin yataqdan neft və qazın çıxarılması nəzərdə tutulub.
 

Teqlər