Avq 13, 2020 08:43 Asia/Baku
  • Hulusi Akar hərbi heyətlə Azərbaycan Respublikasında səfərdədir

Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycan Respublikasına səfər edib.

SəhərAzəri xəbər verir, Türkiyə heyətini Bakıda Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Hulusi Akarı bu səfərdə Türkiyənin baş qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli müşayiət edirlər.

Türkiyənin müdafiə naziri bildirib ki, bu gün avqustun 13-də Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin yüksək səviyyəli müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Teqlər