Azərbaycan Respublikası əhalisinin sayı açıqlanıb
Avq 14, 2020 18:24 Asia/Baku
Azərbaycan Respublikası əhalisinin sayıbarədə rəsmi məlumat yayılıb.
SəhərAzəri Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.
2020-ci il iyulun 1-i vəziyyətinə görə Azərbaycan Respublikası əhalisinin sayı 10 095 900 nəfərdir.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Teqlər