Ermənistana məxsus növbəti taktiki PUA vurulub
Ermənistana məxsus növbəti taktiki PUA vurulub
Avq 16, 2020 04:04 Asia/Baku
Ermənistana məxsus növbəti taktiki PUA Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.
Səhər Azəri bildirir ki, avqustun 15-i yerli vaxtla saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Respublikasının Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstəriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın növbəti PUA-sı Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.
Teqlər