Hikmət Hacıyev: Ermənistan destruktiv siyasət yürütməkdə davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i366386-hikmət_hacıyev_ermənistan_destruktiv_siyasət_yürütməkdə_davam_edir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, lakin Ermənistan dağıdıcı siyasət yürütməkdə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 04:24 Asia/Baku
  • Hikmət Hacıyev: Ermənistan destruktiv siyasət yürütməkdə davam edir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv iştirakını təmin etdi, lakin Ermənistan dağıdıcı siyasət yürütməkdə davam edir.

Səhər Azəri bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World"a müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycan əvvəlcə ehtimal etdi ki, ölkənin əvvəlki rəhbərliyindən fərqli siyasət yürüdəcək.

O, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü xatırlatdı.

H.Hacıyev dedi ki, o zaman Ermənistanın baş naziri ona Ermənistanda bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün vaxt verməsini xahiş etdi.

"Öz növbəsində, Azərbaycan danışıqlar prosesində konstruktiv iştirakını təmin etdi və tələb olunan vaxtı verdi, atəşkəsin təmin edilməsi üçün tədbirlər gördü, amma təəssüf ki, Ermənistan tərəfdən qarşılıqlı münasibət görmədik", - Hikmət Hacıyev bildirib..

Onun sözlərinə görə, Ermənistan hökuməti destruktiv siyasətini davam etdirdi.

H.Hacıyev vurğulayıb ki, bu siyasətin mahiyyəti yeni ərazilərə və yeni müharibələrə çağıran Ermənistanın hərbi hücum doktrinasından irəli gəlir.