Avq 26, 2020 16:07 Asia/Baku
  • Qarabağ danışıqları danışıq xətrinə aparılmamalıdır

“Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi görüşdən sonra mətbuat konfransında dilə gətirib.

“Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xətrinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, - Rusiya rəsmisi qeyd edib.

Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib.

Teqlər