Ermənistan Beyrut partlayışından sui-istifadə edir:
Livan erməniləri işğal olunmuş ərazilərə köçürülür
Avq 29, 2020 11:16 Asia/Baku
İyul ayından bəri 800 erməni Livandan Ermənistana köçürülüb.
Səhər Azəri bildirir ki, bu barədə Ermənistanın Diaspora İşləri üzrə Baş Komissarı Zareh Sinanyan bildirib.
Armen-Press Xəbər Agentliyinin məlumatına əsasən, baş komissar qeyd edib ki, Beyrutda baş verən məlum partlayışın ardınca Livan ermənilərinin Ermənistana köçü sürətləndirildi və hazırda hər həftə 2 hava reysi ilə ermənilərin köçü davam etdirilir.
Sinanyan qeyd edib ki, soydaşlarının problemlərini həll etmək üçün Diaspora İşləri üzrə Dövlət Komitəsi əlindən gələni edir.
Xatırladaq ki, livanlı ermənilərdən bir çoxunun Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi barədə xəbər yayılıb, bu isə rəsmi Bakını hiddətləndirib.