Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i366649-ermənilər_kəlbəcəri_turizm_mərkəzinə_çevirirlər
Ermənistan Azərbaycan Respublikasının işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 11:31 Asia/Baku
  • Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirirlər

Ermənistan Azərbaycan Respublikasının işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.

Səhər Azəri bildirir ki, İişğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir.

Bu məlumata görə Ermənistandan Qarabağa açılan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər uzanan 27,5 kilometr hissəsi asfaltlaşdırılır.

Yolun xüsusilə dağlıq 2 yerində körpü inşasına hazırlıq görülür.

Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.

Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi Yerevanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməyi də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə erməni qüvvəlri tərəfindən işğal olunub.