Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i366716-korrupsiyaya_qarşı_mübarizə_üzrə_komissiyanın_üzvləri_təyin_edilib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2020 05:43 Asia/Baku
  • Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, sərəncamla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

 

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi