Sen 09, 2020 19:35 Asia/Baku
  • Azərbaycan Respublikasında son sutkada 175 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 37732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7140, ötən müddət ərzində isə ümumilikdə 980 978 test aparılıb.

Teqlər