Sen 11, 2020 11:03 Asia/Baku
  • Azərbaycanlı hərbçilər erməni kəşfiyyatçını tutduqlarına görə cəzalandırılıblar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

SəhərAzəri xəbər verir, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin hərbçilərin erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır.

Belə bir halda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məsələni belə izah edib:

“Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Respublikası Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.

Teqlər