Azərbaycan Respublikasında koronavirusa daha 163 nəfər yoluxub
Sen 11, 2020 19:14 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 38037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7108, ötən müddət ərzində isə ümumilikdə 995 376 test aparılıb.