Sen 12, 2020 19:55 Asia/Baku
  • Xüsusi karantin rejimi tətbiq edilmiş ərazilərdə məhdudiyyətlər saxlanıldı

Azərbaycanda sentyabrın 30-dək xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə müəyyən sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılıb. 

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında məlumat verilib.

Bu məhdudiyyətlər aşağıdakılardır:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları; 

- “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);  

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti; 

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi.

Teqlər