Azərbaycanda koronavirus pandemiyasında son durum
Azərbaycanda 154 koronavirus xəstəsi sağalıb
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Məlumata əsasən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.
Azərbaycanda son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.