Azərbaycanda son sutkada koronavirusa yoluxan 113 nəfər sağaldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i367562-azərbaycanda_son_sutkada_koronavirusa_yoluxan_113_nəfər_sağaldı
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2020 13:05 Asia/Baku
  • Azərbaycanda son sutkada koronavirusa yoluxan 113 nəfər sağaldı

Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Səhər Azəri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 672, bu günə qədər isə ümumilikdə 1 064 475 test icra olunub.