Azərbaycan MN: Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i367838-azərbaycan_mn_ermənistanın_yüksək_rütbəli_zabitləri_məhv_edilib
Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2020 16:27 Asia/Baku
  • Azərbaycan MN: Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib

Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

Səhər Azəri bildirir ki,  bunu bu gün mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb.