Azərbaycan Respublikasında mülkilər arasında tələfat artıb
Sen 30, 2020 04:25 Asia/Baku
Azərbaycan Respublikası Ermənistan qüvvələrinin hücumları nəticəsində bu ölkədə bir qrup hərbçinin və mülki şəxsin öldürüldüyünü bildirib.
SəhərAzəri xəbər verir, Rəsmi Bakı bir bəyanatda bildirib ki, Ermənistan hərbçilərinin hücumlarında Azərbaycan Respublikasında on iki mülki şəxs ölüb, 35 nəfər isə yaralanıbdır.
Bakı təhdidlə bildiribdir ki, döyüşlərin davam edəcəyi təqdirdə, Ermənistanın S-300 raket sistemini məhv edəcəkdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildiribdir ki, Ermənistanın Qarabağda yerləşən və İrəvanın hava məkanını qoruyan S-300 raket sistemi məhv ediləcəkdir.
İki tərəf arasındakı döyüşlərin yeni mərhələsi bazar günündən başlanıbdır.
Teqlər