Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ müharibəsi ilə bağlı ortaq bəyanatı
Okt 01, 2020 23:10 Asia/Baku
Rusiya, ABŞ və Fransa prezidentləri birgə bəyanat yayaraq Dağlıq Qarabağdakı müharibəyə dərhal son qoyulmasını istəyiblər.
SəhərAzəri xəbər verir, Sputnik-in verdiyi məlumata görə, Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Donald Tramp və Emmanuel Makron, Dağlıq Qarabağdakı müharibəyə dərhal son qoyulmasını tələb edən ortaq bir bəyanat yayıblar.
Rusiya, ABŞ və Fransa liderləri bu bəyanatda, Dağlıq Qarabağ bölgəsindəki gərginliyin artmasını kəskin şəkildə qınayaraq, Ermənistan və Azərbaycan liderlərini dərhal və heç bir şərt qoymadan danışıqları bərpa etməyə çağırıblar.