Okt 04, 2020 18:48 Asia/Baku
  • Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi hərbi cinayətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

SəhərAzəri xəbər verir, müraciətdə qeyd edilib ki, bu ilin sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir.

Bu gün Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq,  bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən  500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutub: “Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman  beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib”.

 

Müraciətdə nəzərə çatdırılır ki,  Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə  pozulduğunu bildiririk.

 

Teqlər