Ermənistanı sülhə məcburetmə davam etməlidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i367982-ermənistanı_sülhə_məcburetmə_davam_etməlidir
Hikmət Hacıyev Twitter hesabında bildirib."Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2020 07:34 Asia/Baku
  • Ermənistanı sülhə məcburetmə davam etməlidir

Hikmət Hacıyev Twitter hesabında bildirib."Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir".

SəhərAzəri Sputnik.Az-a istinadla xəbər verir, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Mingəçevirdə 1-6 №-li enerji bloklarının qarşısına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirərək, yazib: "Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir".

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar. Onların atdığı 3 orta mənzilli raketlərdən biri İES-in qarşısına düşüb, lakin partlamayıb. 

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar. 

Bir qədər əvvəl hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb. Raketlərdən birinin partlaması nəticəsində isə 5 mülki şəxs xəsarət alıb.