Azərbaycan Respublikası səfiri Yunanıstandan geri çağırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i368137-azərbaycan_respublikası_səfiri_yunanıstandan_geri_çağırılıb
Yunanıstanda yaşayan ermənilərin Qarabağ münaqişəsində iştirakları barədə məlumatların yayılmasından sonra Azərbaycan Respublikası öz səfirini Afinadan geri çağırıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 09, 2020 09:39 Asia/Baku
  • Azərbaycan Respublikası səfiri Yunanıstandan geri çağırılıb

Yunanıstanda yaşayan ermənilərin Qarabağ münaqişəsində iştirakları barədə məlumatların yayılmasından sonra Azərbaycan Respublikası öz səfirini Afinadan geri çağırıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dünən bir bəyanatda bildirib ki, Bakı öz səfirindən Yunanıstanda yaşayan ermənilərin Azərbaycan Respublikası qüvvələri ilə vuruşmaq üçün Qarabağ bölgəsinə gəlmələri ilə bağlı xəbərlər barədə araşdırmalar aparmasını istəyib.

Nazirlik həmçinin bildiribdir ki, bu məsələnin ardınca Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıbdır.