Ermənilərin Füzuliyə atdığı raket və artilleriya mərmiləri nəticəsində 3 mülki şəxs xəsarət alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i368143-ermənilərin_füzuliyə_atdığı_raket_və_artilleriya_mərmiləri_nəticəsində_3_mülki_şəxs_xəsarət_alıb
Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 09, 2020 10:06 Asia/Baku
  • Ermənilərin Füzuliyə atdığı raket və artilleriya mərmiləri nəticəsində 3 mülki şəxs xəsarət alıb

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası baş prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Respublikasının yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlərini, o cümlədən mülki əhalini hədəfə almaqla bu gün Bakı vaxtı ilə səhər saat səkkiz radələrindən başlayaraq, Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutublar.

Bu gün Bakı vaxtı ilə səhər saat doqquz radələrində Füzuli rayonunun Qarabağ kənd sakinləri Əsədov Samir Hidayət oğlu, İbrahimov Nizami Cəfər oğlu və Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyibdir.