Azərbaycan Prezidenti: Biz həll istəyirik, imitasiya yox
https://azeri.sahartv.ir/news/azərbaycan-i368195-azərbaycan_prezidenti_biz_həll_istəyirik_imitasiya_yox
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Sky News" televiziya kanalına müsahibəsində Ermənistanla davamlı sülhə nail olmağın tərəfdarı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2020 06:27 Asia/Baku
  • Azərbaycan Prezidenti: Biz həll istəyirik, imitasiya yox

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Sky News" televiziya kanalına müsahibəsində Ermənistanla davamlı sülhə nail olmağın tərəfdarı olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Dövlət başçısı bildirib: “Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır".