Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 5 dinc sakin ölüb, 28 yaralı var
Okt 11, 2020 09:06 Asia/Baku
Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.
SəhərAzəri APA -ya istinadla xəbər verir, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralı var. Yaralılar arasında azyaşlılar da var.
Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb.
Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.
Qeyd edək ki, Ermənistan zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.