Azərbaycan nefti ucuzlaşıb
Okt 13, 2020 11:13 Asia/Baku
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
SəhərAzəri Sputnik.Az-a istinadla xəbər verir, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,49 dollar ucuzlaşaraq 40,80 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 42,06 dollar, "Light" markalı neftin qiyməti isə 0,32 dollar bahalaşaraq 39,75 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.