Azərbaycan Respublikasında koronavirusa daha 530 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i368425-azərbaycan_respublikasında_koronavirusa_daha_530_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2020 14:52 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 530 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Image Caption