Okt 16, 2020 17:51 Asia/Baku
  • Allahşükür Paşazadə:

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: "Gecə yarısı uşaqları, mülki insanları öldürmək ermənilərin xislətidir"

SəhərAzəri APA-ya istinadla xəbər verir, Şeyxülislam Allahşükür Paşazadə  Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib “Biz bu günü çoxdan gözləyirdlik”.

QMİ sədri deyib ki, 30 il din xadimləri, Qaragenlə, Vazgenlə görüşəndə özümü məğlub hiss edib: “Düzdür, özümü qalib kimi göstərirdim, amma daxilimdə bir yanğı var idi. Bu, işğal olunmuş torpaqların yanğısı idi. Bu gün də şəhid veririk. Kəndimizdən bir qadının  bir oğlu var idi, şəhid olmuşdu. O qadın deyirdi ki, oğlum xoşbəxtdir, torpağı uğrunda şəhid olub. Bu gün insanlar torpağı uğrunda şəhid olurlar. Bu günü çoxdan gözləyirdik. Biz bu gün özümüzü qalib sayırıq, bu, fərəhdir. Bizə qarşı olan qüvvələr də var. Amma xalq-dövlət birliyi ilə zəfərlərə çatırıq və çatacağıq. Bizə qarşı iftiralar atırlar”.

Teqlər