Qubadlı-Zəngilan cəbhəsi də açıldı: döyüşlər gedir - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.
SəhərAzəri Dəyərlər.org-nin Modern.az-a istinadən yaydığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb. rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.
Bu isə o deməkdir ki, Az. R-ı ordusu artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.
Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən erməni qüvvələrinə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Ermənistan ordusu isə öz növbəsində Az. R. qüvvələrinin mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Xatırladaq ki, bu günə kimi Az. R. Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı…