Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunub
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində Zəngilan şəhərinin və daha bir neçə kəndin erməni işğalından azad olunduğunu bəyan edib.
SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:
"Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.
Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.
Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"