Azərbaycan Respublikasının daha 22 kəndi işğaldan azad edilib
Azərbaycan Respublikasının Ordusu bir sıra topraqları da işğaldan azad edib.
SaharAzeri Apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində bildirib.
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir".
Azərbaycanın övlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".