Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i368806-rəsmi_bakı_ermənistana_xəbərdarlıq_edib
Hikmət Hacıyev: "Ermənistanın yalanları Xankəndində olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur".
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 24, 2020 05:33 Asia/Baku
  • Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

Hikmət Hacıyev: "Ermənistanın yalanları Xankəndində olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur".

SəhərAzəri xəbər verir, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib. O deyib: "Ermənistanın yalanları Xankəndində olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur. Halbuki hazırda Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinin vurulması faktdır. Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir.Onun sözlərinə görə, Gəncə şəhərinə atdıqları raketdən sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər. Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir".