Okt 25, 2020 12:31 Asia/Baku
  •  “Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib: "Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik".

SəhərAzəri xəbər verir ki, Azərbaycan Dövlət başçısının fikrincə, ABŞ-ın mövqeyi balanslaşdırılıb və bu, belə də olmalıdır: “Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir”.

Azərbaycan Prezidenti düşmənçiliyə son qoymaq üçün istənilən motivasiyanın bizim tərəfimizdən dəstəkləndiyini qeyd edib: “Düşünürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün”.

 

Teqlər