Okt 25, 2020 17:33 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 946 nəfər yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 49 959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib, aktiv xəstə sayı 8 009 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

 

Teqlər