Noy 08, 2020 22:24 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 1663 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 11 722 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 65 411 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 11 722, hazırkı dövrədək isə 1 441 230 test aparılıb.

Teqlər