Ermənistan ordusu sürətlə Azərbaycan torpaqlarını tərk edir
Ermənistan qüvvələrinin Qarabağı tərk etməsi barədə məlumatlar daxil olmaqdadır.
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı Şair Ramaldanovun mətbuata verdiyi açıqlamaya əsasən, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatdan irəli gələn məsələləri tərəfləri icra etmək üçün tədbirlər görürlər.Görünən odur ki hər şey plan üzrə gedir.
“Azərbaycanın sərhədləri bərpa olunur. Məcburi köçkünlərin öz yurdlarına qayıtmağa heç bir məhdudiyyət yoxdur. Şərait yaranandan sonra bu proses baş tutacaq. Rusiyanın, Azərbaycanın və Ermənistanın öz öhdəliyi var və bu öhdəlikdən irəli gələn məsələlər həll ediləcək. Dekabrın 1-ə kimi Ermənistan qüvvələri Azərbaycan ərazisini tərk edəcək və bu barədə artıq məlumatlar da var. Bəyanatdan irəli gələn məsələr icra edilir”, - deyə polkovnik qeyd edib.