Noy 13, 2020 10:46 Asia/Baku
  • Bakıda geniş dezinfeksiya işləri aparılacaq

Noyabrın 14 və 15-də maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunub.

SəhərAzəri xəbər verir, Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Son günlərdə Azərbaycan Respublikasında COVID-19-a yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, noyabrın 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə  əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunub.
 

Teqlər