Azərbaycan Respublikasında koronavirusa daha 1849 nəfər yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 13 325 test aparılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda indiyədək ümumilikdə 73 min 429 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 54 min 49 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18 434 nəfərdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 13 325, hazırkı dövrədək isə 1 502 707 test aparılıb.