Noy 17, 2020 21:51 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 2 075 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 13 213 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 79 min 158 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 56 min 894 nəfər müalicə olunaraq sağalıb, 1 005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 13 213, hazırkı dövrədək isə 1 536 434 test aparılıb.

Teqlər