Azərbaycanda kafe və restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i369941-azərbaycanda_kafe_və_restoranlarda_karantin_tələblərinin_tətbiqi_üzrə_əlaqələndirici_şəxs_olacaq
Azərbaycan Respublikası Nazirlər Kabineti bildirib ki, ictimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 05:18 Asia/Baku
  • Azərbaycanda kafe və restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti bildirib ki, ictimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

SəhərAzəri xəbər verir, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.