Azərbaycan Respublikasında koronavirusa daha 3 646 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i369974-azərbaycan_respublikasında_koronavirusa_daha_3_646_nəfər_yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 14 358 test aparılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 17:07 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 3 646 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 14 358 test aparılıb

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 98 min 927 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 65 min 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 14 358, hazırkı dövrədək isə 1 631 597 test aparılıb.

Image Caption